“1000 manat beh vermişəm, Nadir toya gəlmir”


Şou-biznes 27 Avq 2018 17:44:00 220 0

“1000 manat beh vermişəm, Nadir toya gəlmir”

"1000 manat beh vermişəm, Nadir toya gəlmir".

Son.az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya Bakı sakini Fəxri Qasımov deyib. O bildirib ki, 31 avqust tarixində dostunun toyu olacaq və müğənni Nadir Qafarzadənin məclisdə çıxışı üçün prodüseri Ruslan Əliyevə 1000 manat beh verib:

"Nadir Qafarzadənin instaqramda yerləşdirdiyi nörməyə zəng vurdum və Ruslanla 31 avqust tarixində yarımsaatlıq çıxış üçün 2600 manata razılaşdıq,1000 manat da beh ödədim".

Bəyin dostunun sözlərinə görə, daha sonra vaxtı dəqiqləşdirmək üçün həmin nömrəyə zəng vurub:

"Telefona başqası cavab verdi. Söylədi ki, Nadir Qafarzadənin yeni prodüseridir, Ruslan müğənniyə pul atdığı üçün daha onunla əməkdaşlıq etmir. Onlara beh ödədiyimi bildirdim. Nadir Qafarzadəyə beh çatmadığı üçün toyda çıxış etməyəcəyini dedi. Bu, onların şəxsi problemidir, mən ödədiyim məbləği geri istəyirəm, ya da gəlib toyda iştirak etsin. Əlimdə mesaj və səs yazıları var. Nadir özü də bilir ki, pulu Ruslana vermişik". 

F. Qasımovun redaksiyaya təqdim etdiyi səs yazısında müğənni toya gəlməyəcəyini bildirib. N. Qafarzadə şikayətçiyə Ruslan Əliyevin ev ünvanını və telefon nömrəsini verərək pulu geri almasını təklif edib: