Pompeo: Myanma hücumlarının məsuliyyətini təhlükəsizlik qüvvələri daşıyır


Dünya 27 Avq 2018 17:20:00 237 0

Pompeo: Myanma hücumlarının məsuliyyətini təhlükəsizlik qüvvələri daşıyır

ABŞ dövlət katibi Amerikanın Myanmada Rohinca müsəlmanlarına qarşı etnik təmizləməyə görə hesab verilməsi tələbini davam etdirəcəyini deyib.

Mayk Pompeonun bəyanatı Myanmada müsəlmanlara qarşı zorakılıqlarının ildönümünə təsadüf edir.

"Bir il öncə öldürücü hücumların məsuliyyətini təhlükəsizlik qüvvələri daşıyır. Ordu Birmada demokratiya naminə insan haqlarına hörmət göstərməlidir" - deyə, Pompeo Twitter hesabında yazıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, 2017-ci ilin avqustunda Birmada (Myanma) zorakılıq başlayandan bir ayın içində azı 6 min 700 Rohinca müsəlmanı öldürülüb.

626 mindən çox Rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb.


Xəbərə aid fotolar