Füzulidə fermerin 15 yaşlı oğlunu qətlə yetirərək qaçan çoban saxlanılıb - YENİLƏNİB


Sosial 27 Avq 2018 15:55:00 230 0

Füzulidə fermerin 15 yaşlı oğlunu qətlə yetirərək qaçan çoban saxlanılıb - YENİLƏNİB

Cinayət işi başlanılıb

Füzuli rayonundabaş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.

Rayonun Böyük Bəhmənli kəndində odlu silahla qətlə yetirilən Tumas Musayevin atasi Elçin Musayev “Report”un Qarabağ bürosuna bildirib ki, cinayət hadisəsi onun şəxsi fermasında ötən gün axşam baş verib. Özü Bakı şəhərində olduğu üçün övladı T.Musayev fermaya gedərək çobana yemək aparıb. Bir aya yaxındır ki, fermada çoban işləyən Əli Məmmədov qonşu kənddən gəlib. O, bundan əvvəl də başqa fermalarda çoban işləyib, normal insan olub. Hadisənin törədildiyi odlu silah isə onun özünə məxsus olub. E.Musayev silahı fermada heyvanları yırtıcılardan qorumaq üçün saxladığını bildirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

*** 14:39

Füzuli. 27 avqust.