Lənkəran oğul ata ilə birlikdə qayınatasının evinə hücum çəkdi,


Digərləri 27 Avq 2018 15:20:00 270 0

Lənkəran oğul ata ilə birlikdə qayınatasının evinə hücum çəkdi,

Lənkəranda qayınata və qayın qohumlarını döyüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Haftoni qəsəbəsində baş verib. Kənd sakinləri 1962-ci il təvəllüdlü Nicat Şabanov və oğlu Şahin Şabanov həmkəndliləri olan 1951-ci il təvəllüdlü Nigar Muradova Ağaxan qızının evinə gələrək ev sahibinə, bu evdə yaşayan Nigarın bacısı 1957-ci il təvəllüdlü Əminəyə ağır bədən xəsarətləri yetiriblər. 

Zərərçəkənlərin sözlərinə görə, atasına köməyə gələn Ş.Şabanovun əlində bıçaq olub. Onlar bu ailənin üzvlərini ölümlə təhdid ediblər. Bundan başqa, 4 ildir evlərində gəlin olan, iki uşaq anası 1996-cı il təvəllüdlü Aynur Şabanovaya da xəsarətlər yetiriblər. Bundan sonra hər iki bacının üz-gözləri, üst-başlarının qan içində olduğunu görüb evi tərk ediblər. N.Muradovanın sözlərinə görə qızı bu ailəyə gəlin köçəndən sonra onu həmişə təhqir ediblər, alçaldıblar: "Deyirlər ki, uşaqları saxla, özün çıx get ananın evinə, səni istəmirik, səni almaqda səhv eləmişik. Bu gün səhər də evlərində dava-dalaş olub. Qızım da sakitcə uşaqlar da götürüb gəlib bizə. Onlar xəbər tutan kimi hücüm çəkiblər üstümüzə, bizi bu günə qoyublar"