Acınohur ərazisindəki ceyranların təhlükədə olması ilə bağlı məlumat araşdırılıb və...


Digərləri 27 Avq 2018 15:06:00 282 0

Acınohur ərazisindəki ceyranların təhlükədə olması ilə bağlı məlumat araşdırılıb və...

Son günlər Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərinin əkin məqsədləri üçün istifadə edilməsi və bunun nəticəsində ceyranların həyatına təhlükə yaranması barədə yayılan məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Acınohur ərazisi, əsasən, yarımsəhra bitkilərindən, şoranlaşmış səhra tipindən ibarətdir və kənd təsərrüfatına yararlı torpaq sahəsi kimi dövlət fonduna aiddir. Ərazi dövlət fondunun qış otlaq sahələri olmaqla uzun illərdir icarə əsasında heyvandarlıqla məşğul olan ayrı-ayrı təsərrüfatlara verilib:

"Ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi məqsədilə hazırda ərazinin 7500 hektarının aqro-texniki və digər münbitləşdirmə tədbirləri aparmaq yolu ilə əkinə yararlı hala salınması üçün "Aqroinkişaf-2017" MMC-yə ayrıldığı müəyyən edilib.

Aqrar fəaliyyət həyata keçirilən zaman Acınohur düzünün qonşu ərazilərində məskunlaşan ceyran populyasiyasının mühafizəsi, yaşama aspektlərinin nəzərə alınması və təsərrüfat işləri aparılarkən ceyranların yaşam şəraitinə təsir göstərən amillərə ciddi riayət olunması şirkət rəsmilərinin diqqətinə çatdırılıb".

ETSN qeyd edib ki, ceyranların qonşu ərazilərdə məskunlaşması ilə bağlı ekoloji məsələlərin prioritet hesab olunduğu şirkət tərəfindən qəbul edilib və Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə tədqiqatların aparıldığı dövrdə bütün fəaliyyətlərin dayandırılacağı bildirilib: