Füzulidə minik maşını “Təcili yardım”la toqquşub, 7 yaşlı uşaq ölüb
Sosial 27 Avq 2018 14:50:12 257 0
Daha iki nəfər yaralanıb
Füzuli rayonundaazyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Beyləqan- Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobillə “Təcili yardım” maşını toqquşub.
Qəza nəticəsində “Təcili yardım” avtomobili yolun qırağındakı çökəkliyə düşüb, "Mercedes"də olan 7 yaşlı Rusif Namazlı hadisə yerində dünyasını dəyişib.
Digər iki sərnişin - 6 yaşlı Aqşin Namazlı və 33 yaşlı Nigar Namazova isə yaralanaraq ağır vəziyyətdə Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.
Polis faktla bağlı araşdırma aparır.
Mənbə: report.az