Gəlin "paxıl" rəfiqələrinə görə toyunu ləğv etdi "Pul salmayan toya gəlməsin" FOTO


Digərləri 27 Avq 2018 14:57:00 305 0

Gəlin "paxıl" rəfiqələrinə görə toyunu ləğv etdi  "Pul salmayan toya gəlməsin"  FOTO

"Mən toyumu möhtəşəm şəkildə etmək istəyirdim"

İngiltərədə qəribə olay yaşanıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, toya hazırlaşan qızın arzusu ürəyində qalıb. Susan adlı qız rəfiqələrinə görə mərasimi ləğv etmək məcburiyyətində qalıb.

Belə ki, o, toyunda iştirak etmək üçün 1500 dollar ödəmək istəməyən dostlarını "ilan" adlandırıb və əsəbləşərək 4 gün əvvəl toy mərasimini ləğv edib. O bildirib ki, nişanlısından da ayrılıb.

"Mən toyumu möhtəşəm şəkildə etmək istəyirdim. Buna pulumuz çatmırdı. Bu səbəbdən də toyda veriləcək hədiyyə əvəzinə dostlarımdan 1500 dollar nəğd pul istədim. Kim pul verməsə, mərasimə qatılmasın", - deyə Susan statusunda qeyd edib.


Xəbərə aid fotolar