Bakıda gender bərabərliyi üzrə konfrans keçiriləcək


Digərləri 27 Avq 2018 14:21:00 257 0

Bakıda gender bərabərliyi üzrə konfrans keçiriləcək

Beynəlxalq Cüdo Federasiyası gender bərabərliyi üzrə ilk konfransını Bakıda keçirəcək

Son.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (İJF) gender bərabərliyi üzrə komissiyası cüdoda qadın və kişilər arasında bərabərlik məsələlərinə dair ilk konfransını Bakıda təşkil edəcək.

İJF-nın rəsmi saytında bildirilir ki, tədbir dünya çempionatı ərəfəsində qurumun yarışlar üzrə meneceri Liza Allanın rəhbərliyi altında gerçəkləşəcək.

Konfransa İJF prezidenti Marius Vizerdən əlavə, rumıniyalı deputat Rozalia-İbolya Biro, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorak, Avstraliya Cüdo Federasiyasının prezidenti Keyt Korkeri, yaponiyalı Akiko Amano, braziliyalı Yuko Fuji, kosovolu Driton Kuka və Maylinda Kelmendi, avstriyalı Sabrina Filzmoser və digər şəxslər iştirak edəcəklər.