Şəhriyar Məmmədyarovun atası:


Digərləri 27 Avq 2018 13:59:00 294 0

Şəhriyar Məmmədyarovun atası:

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun sponsorsuzluqdan gileylənməsi barədə xəbər vermişdik.

Son.az xəbər verir ki, oxu.az bu məsələ ilə bağlı qrossmeysterin atası Həmid Məmmədyarovla əlaqə saxlayıb. 

O da biznesmenlərin Azərbaycanı xaricdə layiqincə təmsil edən şahmatçımıza qarşı biganəliyindən danışıb:

"Turnirlərə gedəndə çox xərci özü çəkir. Özü kimlərəsə ağız açmaq, yalvarmaq istəmir. Vətənpərvər bir insan tapılmır ki, onun xərclərini öz üzərinə götürsün. Ümumi götürdükdə, onunla yarışan elit şahmatçılara öz ölkələrində daha çox qayğı var.

Gərək insanlar, biznesmenlər qeyrətə gəlsin.

Əslində, bu pulu Gənclər və İdman Nazirliyindən xahiş etsək, almaq olar. Amma bu məsələ vaxt apardığı üçün oraya müraciət etmirik. Nazirlik dünya və Avropa çempionatında ezamiyyə xərclərini çəkir. Təsəvvür edin ki, o pul olmasa, ümumiyyətlə, vəziyyət pis olar.