Hindistanda bina dağıldı:


Dünya 27 Avq 2018 13:35:00 374 0

Hindistanda bina dağıldı:

Hindistanın qərbində, Əhmədabad şəhərində yaşayış binasının dağılması nəticəsində bir nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Dörd mərtəbəli binanın dağılmasına səbəb ötən həftədən başlayaraq yağan leysan yağışlardır. Güclü yağışlar hələ də davam edir.

12 saatlıq xilasetmə əməliyyatı zamanı dağıntılar altından bir meyit tapılıb, 4 nəfər isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.