Polo üzrə Azərbaycan yığması İtaliyada keçiriləcək Avropa çempionatına yola düşür


Digərləri 27 Avq 2018 13:19:13 232 0

Polo üzrə Azərbaycan yığması İtaliyada keçiriləcək Avropa çempionatına yola düşür

İtaliyanın Siyene şə­hərində Bey­nəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərə­fin­dən birgə təşkil edilən Avropa birinciliyində Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlan­diya, İtaliya və Azərbaycan yığma komandaları iştirak edəcəklər.

Bakı. 20-30 sentyabr tarixlərində İtaliyanın Siyene şə­hərində Bey­nəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərə­fin­dən birgə təşkil edilən Avropa birinciliyində Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlan­diya, İtaliya və Azərbaycan yığma komandaları iştirak edəcəklər. Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, polo üzrə Azərbaycan yığma komandası ilk dəfə iştirakçısı olacağı Avropa çempionatına ha­zır­­­lıq üzrə təlim-məşq toplanışlarını yekunlaş­dır­mışdır. Alma­niya­nın Müh­len şəhərində baş tutmuş təlim-məşq topla­nışla­rında milli yığma­mız peşəkar və təcrübəli klub komandaları ilə sparrinq qarşılaşmaları keçirmiş, idmançılarımız qitə birinciliyi ərəfəsində zəruri oyun təcrübəsi əldə ediblər. Hazırda Bakı şəhərində səfər öncəsi son məşqlərini keçir­məkdə olan milli komandamızın Avropa çempionatıında əsas hədəfi ən yüksək pillə uğ­runda mübarizə aparmaqdır. Avqust ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Respublikası Atçılıq Federasiya­sının Prezidenti general-polkovnik Elçin Quliyev Polo üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.