Müdir müavini vəzifəsində çalışmaq istəyənlərin NƏZƏRİNƏ


Digərləri 27 Avq 2018 12:59:00 251 0

Müdir müavini vəzifəsində çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il avqustun 27-də dövlət orqanlarında A və B növünə aid dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib.

Qurumdan Son.az-a verilən məlumata görə, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 8-i dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər), 23-ü isə B növü vəzifələrinə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4‑cü təsnifatına uyğun olan Qida Təhlükəsizliyi Agentliyində şöbə müdirinin müavini və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun sektor müdiri vəzifələridir. Ümumilikdə isə, Qida Təhlükəsizliyi Agentliyində 12 vəzifə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2 vəzifə, Gənclər və İdman Nazirliyində 2 vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vəzifə, Bakı Apelyasiya Məhkəməsində 12 vəzifə və Maliyyə Nazirliyində 2 vəzifə olmaqla 31 vakant vəzifə elana çıxarılıb.