Son 4 ildə ilk dəfə


İdman 27 Avq 2018 12:50:00 278 0

Son 4 ildə ilk dəfə

Azərbaycan Premyer Liqasının ilk 3 turunda hesabına 7 xal yazdıran "Neftçi” son 4 ildə çempionata ən uğurlu başlanğıc edib.

Goal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" sonuncu dəfə 2014/2015 mövsümünə 9 xalla başlayıb. Sonrakı iki mövsümdə paytaxt komandası müvafiq olaraq, 4 xal və 3 xal toplayıb. 2017/2018 mövsümünün ilk 3 matçında isə flaqman ümumiyyətlə xal qazanmayıb.

Qeyd edək ki, bu mövsüm "Sumqayıt” (2:0), "Qələbə” (2:1) və "Qarabağ” (1:1) komandaları ilə qarşılaşan "Neftçi” hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.