Borcunu qaytarması üçün hədəqorxu gəldilər


Digərləri 27 Avq 2018 12:32:00 224 0

Borcunu qaytarması üçün hədəqorxu gəldilər

Qubada borcu olan şəxsə pulu qaytarması üçün hədə-qorxu gəliblər.

Son.az DİN-ə istinadən xəbər verir ki, qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək, onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan zaman Mərifət Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.