BŞİH tullantıların daşınması istiqamətində köklü dəyişikliklərə başlayıb


Sosial 27 Avq 2018 12:12:07 279 0

BŞİH tullantıların daşınması istiqamətində köklü dəyişikliklərə başlayıb

Bakıda zibil konteynerlərinin az olması ilə bağlı problemlər mövcuddur

Bu gün Bakı şəhərindətullantıların daşınması və ilk növbədə zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) "Report"a verilən bildirilib ki, artıq yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür.

BŞİH-dən qeyd olunub ki, bu müvəqqəti haldır, çünki yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub: "Buraya tullantıların çeşidlənməsi məqsədi ilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xaricı ölkələrin təcrübəsindən yararlanmaq məqsədi ilə xarıcdən mütəxəsislər dəvət olunub və hazırda işlər aparılır. Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcək".