İran və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzaladı


Dünya 27 Avq 2018 12:18:00 233 0

İran və Suriya hərbi əməkdaşlıq haqqında saziş imzaladı

İran və Suriyanın müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlığın genişləndirilməsi barədə saziş imzalayıblar.

Son.az report-a istinadən xəbər verir ki, sənədə İranın müdafiə naziri Əmir Hatəmi və suriyalı həmkarı Əli Abdalla Əyub imza atıblar. 

"Bu razılaşma ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır", - Ə.Hatəmi danışıqlardan sonra bildirib.