Məktəbəhazırlıq qruplarına 13 212 uşaq qeydiyyatdan keçib


Digərləri 27 Avq 2018 12:07:43 218 0

Məktəbəhazırlıq qruplarına 13 212 uşaq qeydiyyatdan keçib

Məktəbəhazırlıq qruplarına 13 212 uşaq qeydiyyatdan keçib.

Bakı. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 13 212 ərizənin onlayn qeydiyyatı (27.08.2018-ci il tarixinə saat 11:00-a olan məlumata əsasən) aparılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 15-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 28-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq. Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.