Moldova polisi etiraz aksiyasını dağıdıb, müxalifət isə israrlıdır


Digərləri 27 Avq 2018 11:29:53 213 0

Moldova polisi etiraz aksiyasını dağıdıb, müxalifət isə israrlıdır

Moldova polisi etiraz aksiyasını dağıdıb.

Bakı. Ceyhun Ələkbərov - Moldova polisi bütün gecəni paytaxt Kişinyovun mərkəzində, Ştefan çel Marenin heykəlinin yanında keçirən etirazçıları bu gün səhər saatlarında dağıtmağa nail olub. Trend-in məlumatına görə, polislər səhər saat 06:30-da kütləni dağıtmağa başlayıb. Məqsəd avqustun 27-də keçiriləcək Müstəqillik Günü ilə bağlı rəsmi tədbir üçün ərazini boşaltmaq olub. Etiraz aksiyasının təşkilatçıları Ləyaqət və Həqiqət Platforması, Fəaliyyət və Həmrəylik və Moldova Liberal Demokratik partiyaları olublar. Mitinqdə 6500-dən çox insan iştirak edib, onların təqribən yarısı gecəni küçədə keçirib.