Qubada cinayətkar dəstənin 2 üzvü tutulub, digərləri axtarılır


Digərləri 27 Avq 2018 11:35:00 259 0

Qubada cinayətkar dəstənin 2 üzvü tutulub, digərləri axtarılır

Qubada cinayətkar dəstənin 2 üzvü tutulub.

Bakı. Samir Əli - Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan zaman M.Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.