Əlavə faiz varsa, BirKart 2 qat geri ödəyir


Digərləri 27 Avq 2018 11:19:00 292 0

Əlavə faiz varsa, BirKart 2 qat geri ödəyir

Kapital Bank, BirKart sahibləri üçün növbəti kampaniyanı təqdim edir. "2 qat kampaniya"nın şərtlərinə görə BirKart partnyorlarından taksitlə alış-veriş edən zaman müştəridən hər hansı bir faiz və ya komissiya tutulsa, bank onun iki qatını müştəriyə geri qaytaracaq. 

Əgər müştəri belə halla rastlaşarsa, 196 Sorğu Mərkəzinə və ya www.birkart.az/online-order/suggestion saytına müraciət etməlidir. Müraciət 7 iş günü ərzində Bank tərəfindən araşdırıldıqdan sonra artıq ödənilən məbləğ, maksimum 3 iş günü ərzində müştərinin BirKart hesabına qaytarılacaq. 10 sentyabr 2018-ci il tarixinədək davam edən aksiyanın məqsədi, BirKart-ın partnyor şəbəkəsində həqiqətən heç bir komissiyanın və ya faizin olmamasını göstərməkdir.