Samir xəstəliyindən danışdı:


Şou-biznes 27 Avq 2018 11:01:00 240 0

Samir xəstəliyindən danışdı:

Müğənni Samir Cavadzadənin xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.  Son.az axşam.az-a istinadən bildiriri ki, sənətçinin gözündə problem olduğu, konyuktivitdən əziyyət çəkdiyi bildirilmişdi.  S.Cavadzadə məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, gözlərində heç bir problem yoxdur: "Bilmirəm bu məlumat sizlərə hardandır?! Niyə mənim ailə üzvlərim narahat olub, ağlayaraq zəng etməlidirlər? Həyəcan çəkməlidirlər? Bəli, bir həftədir nasazam. Amma bu yazdığınız konyuktivit deyil. Öd kisəsi ilə bağlıdır. Konyuktivit nə halda olmalıdır ki, xəstəxanalıq olasan. Bir çox jurnalistlər və efir işçiləri bilir ki, mən gündəmdən, efirdən qaçan adamam. Bu cür piyarlar mənə xas deyil. Hər kəsə möhkəm can sağlığı arzu edirəm".

Son.az