Neftçalada avtomobil aşıb, sürücünün 7 yaşlı oğlu ölüb


Sosial 27 Avq 2018 10:49:45 220 0

Neftçalada avtomobil aşıb, sürücünün 7 yaşlı oğlu ölüb

Faktla bağlı araşdırma aparılır.

Neftçalada yol qəzasında uşaq ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Aşağı Qaramanlı kənd sakini Təbriz Tağıyev idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə avtomobildə olan sürücünün 7 yaşlı oğlu İntiqam Tağıyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.