PAŞA Bank kiçik və orta sahibkarlar üçün yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir


Digərləri 27 Avq 2018 10:24:02 249 0

PAŞA Bank kiçik və orta sahibkarlar üçün yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir

PAŞA Bank kiçik və orta sahibkarlar üçün yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bazara yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir. Bankdan Trend-ə verilən məlumata görə, məhsul kiçik və orta sahibkarlar üçün nəzərdə tutulur. Tarif paketləri hesablaşma-kassa əməliyyatlarının yerli və beynəlxalq ödənişlər, nağd vəsaitlə əməliyyatlar, valyuta əməliyyatları, korporativ kartlar, akvayrinq və s. kimi əsas xidmətlərdən ibarətdir. Bu günə PAŞA Bankın hesablaşma-kassa xidmətlərinə beş növ tarif paketi daxildir və hər birinin hazırlanmasında kiçik və orta sahibkarlıq biznesinin müxtəlif xüsusiyyətləri, eləcə də müştərinin bankla olan əməldaşlıq formatı nəzərə alınıb. Öz biznesi üçün ən münasib tarif paketini seçməklə və aylıq əsasda müəyyən komissiya haqqını ödəməklə müştəri hesablaşma-kassa əməliyyatları çərçivəsində bütün xərclərinə tam nəzarət edir, optimal çeşid və həcmdə xidmətlərdən bəhrələnir və eksklüziv tariflərdən istifadə etmək imkanı əldə edir.