Bakıda klassik avtomobillərin ənənəvi yürüşü (VİDEO)


Digərləri 27 Avq 2018 09:36:37 221 0

Bakıda klassik avtomobillərin ənənəvi yürüşü (VİDEO)

Bakıda Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü keçirilib.

Bakı. Avqustun 26-da Bakıda Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü keçirilib. Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib. Onların əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər olub. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də iştirak edib.