Azərbaycan Dubayda Ticarət Evi açaçaq (ÖZƏL)


Digərləri 27 Avq 2018 09:28:21 251 0

Azərbaycan Dubayda Ticarət Evi açaçaq (ÖZƏL)

Azərbaycan Dubayda Ticarət Evi açaçaq.

Bakı. Mətanət Nəsibova - 2018-ci ilin sonunadək Azərbaycan Dubayda Ticarət Evi açaçaq. Bunu Trend-ə açıqlamasında Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev bildirib. E.Əliyevin sözlərinə görə, hazırkı mərhələdə Dubayda Azərbaycan Ticarət Evinin açılması üzrə ciddi layihə üzərində geniş iş gedir: "Ticarət Evinin açılmasından sonra iki istiqamətdə işləməyi planlaşdırırıq: birincisi, məhsulların pərakəndə satışını inkişaf etdirmək, ikincisi isə müxtəlif Azərbaycan məhsullarının topdan alıcılarının axtarışı istiqamətində. Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilən məhsulların həcminin artırılması ilə yanaşı, tədarükümüzün sabitliyini təmin etməyi planlaşdırırıq. Bu, çox vacib nüansdır, çünki məhsulumuzun BƏƏ-nin bazarlarına daimi tədarükü xüsusilə də Dubay bazarlarında potensial idxalçılar və alıcıların etimadını artıracaq. Digər tərəfdən, bu, Azərbaycanın ixracdan gəlirlərini artıracaq". Nümayəndə qeyd edib ki, Dubaydakı Ticarət Evində Azərbaycan istehsalı olan məhsullar təqdim olunacaq, onun ziyarətçiləri Azərbaycanın mədəniyyəti, zəngin mətbəxi ilə tanış ola biləcəklər: