Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi


Dünya 27 Avq 2018 09:11:18 218 0

Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi

Almaniyanın Lüdviqshafen şəhərində tapılmış II Dünya müharibəsi illərinə aid yarımtonluq aviabombanın zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat zamanı 18,5 mindən çox insan təxliyə edilib.

Son.az report-a istinadən xəbər verir ki, Amerika istehsalı olan bomba çərşənbə günü tikinti işləri zamanı tapılıb, onun zərərsizləşdirilməsinə isə bazar günü başlanıb.