Dünyanın ən gözəl məscidləri SİYAHI və FOTOLAR


Digərləri 27 Avq 2018 05:30:00 470 0

Dünyanın ən gözəl məscidləri  SİYAHI və FOTOLAR

Dünyanın dörd bir tərəfində özünə xas memarlıq xüsusiyyətləri olan məscidlər var.

Son.az "ölkə.az"-a istinadən dünyanın ən gözəl məscidlərinin siyahısını təqdim edir.

1.Şah Çıraq Məscidi

İranın Şiraz şəhərindədir. Məscidin adı farscadan "şah çerağ" sözünün tərcüməsi işıqların kralı, işıq şahı mənasına gəlir. Məscidin inşasında milyonlarla kiçik şüşə və mozikadan istifadə edilib. XIV əsrdə inşa edilsə də, XX əsrdə təmir edilib.

2.Lalə Mustafa Paşa Məscidi

Kiprin Qazimağusa şəhərində Luzinyan dövründə qot üslubu ilə tikilmiş binadır. Osmanlı imperiyası 1571-ci ildə Kipri ələ keçirib və binanı məscidə çevirib. Bu binada keçmiş dövrlərdə bir çox kral və kraliçanın taclandırma mərasimi keçirilib.

3.Məscidül-Həram

Kəbənin içində yerləşən məsciddir. Dünyada inşa edilən ilk məsciddir. Məscidül-Həram müsəlmanların qibləsi olan və İbrahim peyğəmbər tərəfindən inşa edilən Kəbədədir. Məscidin içində Zəmzəm quyusu var.

4.Çəhrayı məscid

İranın Şiraz şəhərindədir və "Nasir Əl-Mülk Məscidi" əsl adıdır. Amma bundan başqa bir çox adları da var: "Çəhrayı Məscid", "Rəngli Məscid", Göy qurşağı Məscid" vəs.

Bu, işığın və ibadətin iç-içə girdiyi bir məkandır. Günün çıxması ilə məsciddə həyat başlayır və rənglər fırlanan dərvişlər kimi gün boyu rəqs edərək dolaşır.

5.Sultan Ahmet məscidi

1609-1616-cı illər arasında Osmanlı sultanı I Əhməd tərəfindən inşa etdirilib.  İnşaat işlərində mavi, yaşıl və ağ rəngli daşlardan istifadə edilib və yarım qübbələr və böyük qübbənin içi mavi rənglə işləndiyi üçün avropalılar bu məscidi "Mavi məscid" adlandırıblar.

6.Wilayah Persekutuan

Malayziyanın paytaxtı Kuala Lumpurdadır. Memarlıq üslubu ilə insanları heyrətləndirən məsciddir.


Xəbərə aid fotolar