Azərbaycanda 30 xalçaçılıq fabrikinin yaradılması nəzərdə tutulur


İqtisadiyyat 27 Avq 2018 04:03:26 138 0

Azərbaycanda 30 xalçaçılıq fabrikinin yaradılması nəzərdə tutulur

İlin sonuna qədər beş fabrik açılacaq

"Biz xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görürük. Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq".

“Report” xəbər verir ki, bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” ASC-nin İsmayıllı filialının açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, ölkədə 30 xalçaçılıq fabrikinin yaradılması nəzərdə tutulur:

"Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir. Xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün sizin əməyiniz, zəhmətiniz, istedadınız əsas rol oynayır. Mənə verilən məlumata görə, bu fabrikdə 150-yə yaxın insan işlə təmin olunub. Gələcəkdə işlər yaxşı gedərsə, bu fabriki böyütmək də olar ki, bu işə daha çox qadın cəlb olunsun".

Prezident dövlətin bu sahəni daim dəstəklədiyini qeyd edib:

"Dövlət daim sizi dəstəkləyəcək. Bütün avadanlıqlar, bütün dəzgahlar, iplər - hamısı dövlət tərəfindən təmin olunur. Yaxın aylarda, yəqin ki, gələn il Azərbaycanda əyirici-boyaq fabriki də işə düşəcək. Ondan sonra, ümumiyyətlə, xaricdən heç bir material gətirməyə ehtiyac qalmayacaq. Deməli, iplərdən tutmuş, boyalara qədər bütün materiallar Azərbaycanda istehsal olunacaqdır. Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var. “Azərxalça” müəssisəsinin yaradılması məhz bu məqsədi güdürdü. Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir. Sizi ürəkdən təbrik edirəm".

Şəhriyar Məmmədyarov yenidən heç-heçə etdi like
  • 27 Avq 03:43  
Digərləri Şəhriyar Məmmədyarov yenidən heç-heçə etdi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Norveç təmsilçisi Maqnus

arrow Ətraflı
Atasının qəbirini ziyarətə getdi, məzarı gördükdə dəhşətə gəldi  Bakıda  VİDEO like
  • 27 Avq 03:30  
Digərləri Atasının qəbirini ziyarətə getdi, məzarı gördükdə dəhşətə gəldi Bakıda VİDEO

Atasının qəbirini ziyarət etməyə getdi, məzarı gördükdə isə dəhşə

arrow Ətraflı
ABŞ-da əyləncə mərkəzində atəş açan şəxs məğlub olduğuna görə bunu edib - KİV like
  • 27 Avq 02:40  
Digərləri ABŞ-da əyləncə mərkəzində atəş açan şəxs məğlub olduğuna görə bunu edib - KİV

ABŞ-ın Florida ştatında "Jacksonville Landing" əyləncə mərkəzində atə

arrow Ətraflı
47 yaşlı məşhur model bikinidə  FOTO like
  • 27 Avq 02:30  
Digərləri 47 yaşlı məşhur model bikinidə FOTO

Klaudia Şifferin İtaliyada paparassilər tərəfindən çəkilən fotoları s

arrow Ətraflı
İsraildə su defisiti 2,5 milyard kubmetrə çatıb like
  • 27 Avq 01:32  
Digərləri İsraildə su defisiti 2,5 milyard kubmetrə çatıb

İsraildə su ehtiyatlarının ümumi defisiti 2,5 milyard kubmetr təşkil edir

arrow Ətraflı
Dəbdəbəli həyat tərzi ilə gündəmdən düşmür like
  • 27 Avq 00:45  
Digərləri Dəbdəbəli həyat tərzi ilə gündəmdən düşmür

20 yaşındakı Kairo Duek son günlərdə lüks həyat tərzi ilə diqqət çə

arrow Ətraflı
Prezident İlham Əliyev: Mən istəyirəm ki, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı yaşasınlar, onların həyat səviyyəsi yüksəlsin like
  • 27 Avq 00:13  
Digərləri

"Mən istəyirəm ki, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı

arrow Ətraflı
Günün qoroskopu: verdiyiniz vədləri, öhdəlikləri unutmayın like
  • 27 Avq 00:01  
Digərləri Günün qoroskopu: verdiyiniz vədləri, öhdəlikləri unutmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qızdırmanı salmaq üçün hamının məsləhət bildiyi bu üsulu ƏSLA ETMƏYİN! like
  • 26 Avq 23:57  
Digərləri Qızdırmanı salmaq üçün hamının məsləhət bildiyi bu üsulu ƏSLA ETMƏYİN!

Yüksək temperaturu aşağı salmaq üçün uşaqları sirkə, aspirinli, buzlu

arrow Ətraflı
Dünyanın ən bahalı saatı haqqında bilmədiyimiz FAKTLAR  FOTO like
  • 26 Avq 23:52  
Digərləri Dünyanın ən bahalı saatı haqqında bilmədiyimiz FAKTLAR FOTO

Dünyanın ən bahalı saatlarından biri "Rolex" sayılır.

arrow Ətraflı