Şəhriyar Məmmədyarov yenidən heç-heçə etdi


Digərləri 27 Avq 2018 03:43:25 271 0

Şəhriyar Məmmədyarov yenidən heç-heçə etdi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Norveç təmsilçisi Maqnus Karlsenlə Sinkfild Kuboku çərçivəsində keçirilən oyunda heç-heçə edib.

Bakı. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Norveç təmsilçisi Maqnus Karlsenlə Sinkfild Kuboku çərçivəsində keçirilən oyunda heç-heçə edib. Trend-in məlumatına görə, nəticə turnirin 8-ci turunda qeydə alınıb. Turnir ABŞ-ın Sent-Luis şəhərində keçirilir. Turnirin digər qarşılaşmaları da heç-heçə bitib. 8 turdan sonra lider Fabiano Karuanadır (5 xal). 2-ci, 3-cü, 4-cü və 5-ci yerlərdə Şəhriyar Məmmədyarov, Aleksandr Qrişyuk, Levon Aronyan və Maqnus Karlsen (4,5 xal) qərarlaşıblar.