Mətanətin videosu, rus milyonçunun yaxtasındakı Nigar Camal, bakirəliyini satan model, pula görə yataq səhnəsi


Şou-biznes 27 Avq 2018 01:30:00 366 0

Mətanətin videosu, rus milyonçunun yaxtasındakı Nigar Camal, bakirəliyini satan model, pula görə yataq səhnəsi

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (186-cı say) təqdim edir.

Mətanət Əsədovanın video məsələsi hələ də müzakirə mövzusudur. Bəziləri Mətanəti, bəziləri videonu çəkəni, bir çoxları isə videoda ağzına gələni danışanları qınayır. Söhbət o qədər uzandı ki, gedib bir ucu şəhid qardaşına dirəndi. Görünən budur ki, mediamızda xəbər qıtlığı, peşəkar xəbər hazırlamağı bacaran jurnalistlərin çatışmazlığı var. Kiminsə geyimini, davranışını, oxuduğunu, oynadığını tənqid etmək olar. Ancaq kiminsə baldırının, budunun fotosundan, villasının darvazasından çörək qazanmaq kişi işi deyil. Heç qadın işi də deyil.

Bu arada keçmiş Qurban bayramınızı təbrik edirəm. Allah kəsdiyiniz və kəsə bilməyib ürəyinizdən keçirdiyiniz qurbanları qəbul etsin. Yəqin ki, sosial şəbəkələrdən şou adamlarının bu bayramı necə şouya çevirdiyini gördünüz. Görmüsünüzsə, mənim şərhimə ehtiyac qalmır.

Nigar Camal düz 7 il əvvəl "Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil etdi, Eldar Qasımovla birgə çempion oldular. O müsabiqə bitər-bitməz nə Eldarı, nə Nigarı gördüm deyən olmayıb. Daha doğrusu, Nigarı tez-tez rus milyonçunun yaxtasında, qadın bezlərinin reklamında, dənizə paltarla girdiyi yerdə görənlər var. Amma hələ hit sayılacaq bir ifasına rast gələn olmayıb.

Gözünüz aydın, "Toppuş bacı" kimi tanıdığınız Tünzalə Əliyeva da xəstəxanadan evə buraxılıb. Ötən yazılarda qeyd etdiyim kimi, bunu ən çox onun övladına görə istəyirdim. Çünki bir övlad üçün anasızlıq ən yaxşı halda əzabdır. Körpə övlad üçün isə xüsusən dözülməzdir. Ümid edək ki, bundan sonra aktrisa özü açıqlama verib, sonra jurnalistləri şou yaratmaqda qınamayacaq. Həmişə evində, "Toppuş bacı"!