Rövnəq Abdullayev: "Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir"


Digərləri 27 Avq 2018 00:40:00 294 0

Rövnəq Abdullayev: "Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir"

Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin iştirakı ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində deyib.

R.Abdullayev bildirib ki, 27 yaşayış məntəqəsinin qazla təmin olunmasından sonra indi 2297 qəsəbə mərkəzləşdirilmiş qazla təmin olunub:

"Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində qaz şəbəkələrinin sahəsi 10 500 kilometrdən 45 500 kilometrə çatıb. Qazlaşdırma sahəsi arta-arta gedir. Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir".