Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib FOTO


Digərləri 26 Avq 2018 21:50:00 298 0

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib  FOTO

Avqustun 26-da Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, Bakıda yeni istifadəyə verilmiş idman-əyləncə park kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşan tədbirdə paytaxtın bir sıra uşaq evlərində məskunlaşan valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, internat məktəblərinin şagirdləri iştirak ediblər.

Şənlikdə uşaqlar üçün müxtəlif əyləncə və şou proqramlar təqdim edilməklə yanaşı, müxtəlif müsabiqələr, idman estafetləri, oyunlar keçirilib.

Tədbir iştirakçıları park ərazisində müxtəlif sahələr üzrə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, əylənib, bayram ovqatlı, yaddaqalan bir gün yaşayıblar.