Bu meyvələr xərçəngin qarşısını alır SİYAHI


Digərləri 26 Avq 2018 21:25:00 351 0

Bu meyvələr xərçəngin qarşısını alır  SİYAHI

Yay aylarında bəzi qırmızı meyvələr müxtəlif xəstəliklərin qarşısını alır.

Son.az "ölkə.az"-a istinadən bu siyahını və qəbul edilən meyvələrin faydasını təqdim edir.

Hər dərdə dərman

Xüsusən də yay aylarında qırmızı meyvələri tapmaq asandır. Bu meyvələr ləzzətli olmaqla yanaşı dərman kimi bir çox dərdin dərmanıdır. Eyni zamanda bu meyvələrin tərkibi antioksidantla zəngindir.

Bu meyvələr qanda şəkərin miqdarını azaldır. Eyni zamanda imunitet sistemini gücləndirir. Bağırsaqların stabil fəaliyyətini dəstəkləyir. Bu meyvələr həm də xərçəngə səbəb olan təhlükəki hüceyrələrin də qarşısını alır, ürək-damar xəstəliklərinə qarşı da qoruyur. "Alzheimer" və qocalıqdan yaranan xəstəliklərlə də mübarizə aparır.

Moruq və böyürtkən xərçəngə səbəb olan pis hüceyrələrin çoxalmasının qarşısını alır. Eyni zamanda yaddaş probleminə də faydası var. Ağız içində yaranan yaraları da müalicə edir.