Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib (FOTO)
Digərləri 26 Avq 2018 21:27:15 273 0
Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.
Bakı.
Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib. Onların əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər olub. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də iştirak edib.
Avtomobillərə ikinci həyat verən sərgi
Sərgiyə gələn tamaşaçılardan Ülviyyə Abbasova vurğulayıb ki, hazırda ölkəmizə xaricdən çoxsaylı turistlər gəlir. Bu sərgi həm də Azərbaycanın tarixə, mədəniyyətə yüksək səviyyədə münasibətinin göstəricisidir. Çox yüksək səviyyədə təşkil olunan sərgi klassik avtomobillərə yeni həyat verir.
12 yaşlı Rəsul Zəkiyev: Ən çox “Mersedes” və “BMW”dən xoşum gəldi
“İnsanların klassik avtomobilləri yaxından görməsinə imkan yaradan bu sərginin təşkilinə görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürümü bildirirəm. Burada çox maraqlı avtomobillər nümayiş etdirilir. Mənim isə ən çox “Mersedes” və “BMW”dən xoşum gəldi” – bu sözləri III Uşaq Paralimpiya İdman Oyunlarının əlil arabasında idman rəqsi üzrə qaliblərindən biri Rəsul Zəkiyev söyləyib.
Azərbaycanda klassik avtomobillərə çox böyük maraq var
Mənbə: az.trend.az