7 inəyi zəhərlənərək ölüb VİDEO


Digərləri 26 Avq 2018 21:15:00 284 0

7 inəyi zəhərlənərək ölüb  VİDEO

Sabirabad rayonu Qaragüney kəndi ərazisində vətəndaşa məxsus iribuynuzlu heyvanlar arasında kütləvi təlafat baş verib. Son.az bildirir ki, araşdrma zamanı məlum olub ki, heyvanlar zəhərlənmədən ölüb. Təsərrüfat sahibi iddia edir ki, heyvanlarını otardığı meşə zolağının bir qismi meşəbəyi tərəfindən qeyri qanuni əkilib və bu əkinə vurulan zəhərdən heyvanları tələf olub.

Kənd sakini Samid Muradov bir neçə ildir ki, heyvanlarını kür çayı ətrafındakı meşə zolağında otarır. Sonuncu dəfə heyvanlarını meşə zolağına ötürdükdən sonra ona xəbər gəlib ki, heyvanlarından 16-ı zəhrlənib və 7 baş iribuynuzlu yerindəcə tələf olub.

Vətəndaş iddia edir ki, meşə zolagının bir hissəsi meşəbəyi Rasim Məmmədrzayev tərəfindən zəbt olunaraq əkilib.Həm otlaq sahəsi azalıb, həm də qəsdən yoncaya zəhər vurulub ki, sahəyə girən heyvanlar ölsün.

Ölmüş heyvanlardan Qida Təhlükəsizliyi İnstutunun Sabirabad Regional Sınaq Labaratoriyasının mütəxəsisləri tərəfində nümunələr götrürülüb. Müayinənin nəticələrinə görə məlum olub ki, heyvanlar hər hansı bir xəstəlikdən yox məhz zəhərlənmədən tələf olublar.Odur ki, fermer ona dəymiş ziyanın meşəbəyi Rasim Məmmədrzayev tərəfindən ödənilməsini tələb edir. Fermer labarator müayinənin nəticəsi əsasında hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssiəsinin meşəbəyi Rasim Məmmədrazyev isə Xəzər Xəbərə bildirdi ki, o meşə ərazisndə müqavilə əsasında yonca əkib.Bundan əlavə meşə zolağının kənd sakinləri tərəfindən örüş sahəsi kimi istifadəsinə rəsmi olaraq icazə verilmir. Heyvanların zəhərlənməsinə gəldikdə isə o, ümumiyyətlə əkdiyi əraziyə heç bir dərmanın səpilmədiyini bildirib. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: