Bədənimizdəki yırtıq xəstəlikləri


Digərləri 26 Avq 2018 21:05:00 379 0

Bədənimizdəki yırtıq xəstəlikləri

Bədənimizin hansısa bir hissəsi və ya belimiz ağrıyanda buna çox da əhəmiyyət vermirik. Elə hesab edirik ki, bu, yorğunluqdandır və ya nəsə ağır bir yük qaldırmışıq. Heç təsəvvür də etmirik ki, bədənimizdə yaranan bu dəhşətli ağrıların səbəbi yırtıqlar ola bilər. Yırtıq hansısa bir orqan və ya toxumanın ətrafındakı əzələ arasından kiçik bir nöqtədən çölə çıxmasıdır. Yırtıqlar bədənin müxtəlif yerlərində ola bilər. Bunların hamısı insan həyatı üçün təhlükəlidir. 

Son.az axşam.az-a istinadən bildirir ki, son vaxtlar insanlar arasında daha çox yayılanı isə beldə olan yırtıqdır. Məlumdur ki, bel nahiyəsində 31 ədəd onurğa sümüyü var. Bu onurğa sümükləri arasındakı hərəkəti asanlaşdıran, onun dayanıqlı olmasına kömək edən bağ toxuması var. Tibb elmində bağ toxumasına disk də deyilir. Disk onurğa sümüklərini zərbələrə qarşı qoruyur. Disk iki qismə ayrılır: xarici və daxili. Bəzən xaricdə olan təbəqə öz formasını dəyişir. Bu zaman daxildə olan təbəqə xaricə doğru çıxır. Beləcə, bel nahiyəsində yırtıq yaranır. Yırtılan hissədən maye ifraz olunur. Bu maye güclü ağrılar yaradır. Xəstəlik hər yaşda özünü büruzə verə bilər.

Xəstəliyin məkanı:  Omba, bel, qarın, döş qəfəsi, göbək, əməliyyat olunan hissə.  Yırtıq haqqında ilk məlumatlar eramızdan 1500 il əvvələ aid olan papiruslar üzərində tapılıb. Xəstəlik haqqında diaqnozu eradan əvvəl 400-cü ildə Cos adlı mütəxəssis qoymuşdu. Həmin dövrdə insanları uzun illər yataq rejimində saxlayaraq, müalicə etməyə çalışırdılar. Orta əsrlərdə isə belə xəstələrin bellərinə ağır yük bağlayıb, onları saatlarla gəzməyə məcbur edirdilər. Xəstəliyin yaranma səbəbi isə uzun illər tibb elminə məlum olmayıb. 1721-ci ildə Renerulin adlı həkim yırtığın yüksək təzyiq nəticəsində əmələ gəlmə ehtimalını irəli sürüb. Xəstəliyin müasir müalicəsi 1877-ci ildə V.Czerni tərəfindən təyin olunub. 

Əgər səndə Bel, qarın və ya başqa bölgələrdə nəzərəçarpan şiş, bel və ayaqda ağrılar, yeriməkdə çətinlik çəkmək, qıçda keyləşmə, güc itkisi, qıcıqlanma, ürəkbulanma və qəbizlik varsa, demək, sən yırtıqdan əziyyət çəkirsən. Bədəninin hansısa bir yerində və belində yırtıq olan insanlar yeriyərkən axsayır, əvvəlki iş qabiliyyətlərini itirirlər.

Səbəb nədir? Bədəndə yırtıqların yaranmasının əsas və daha çox yayılmış səbəbi ağır yük qaldırmaq, qəfil hərəkət etməkdir. Diskin qidalanma funksiyasının pozulması da yırtıq əmələ gətirə bilər. İnsan yaşlandıqca bədənində diskləri və damarları qidalandıran suyun miqdarı azalır. Bu da getdikcə diskin kiçilməsinə gətirb çıxarır. Həm də diskdə oksigen azalmağa başlayır. İnsanların idmanla məşğul olmaması, hüceyrələrinin sayının get-gedə azalması yırtıq əmələ gətirən risk faktorları sırasındadır. Xəstəliyə səbəb olan amillər sırasında irsi faktorlar da var.