Hər kəsin gözündən yayınır Təyyarədə insanı xilas edən 8 addım FOTO


Digərləri 26 Avq 2018 21:10:00 263 0

Hər kəsin gözündən yayınır  Təyyarədə insanı xilas edən 8 addım  FOTO

Təyyarəyə bu gün minməyən adam tapılmaz. Amma təyyarələrin bir çox xüsusiyyətləri barədə ən kiçik təsəvvürümüz belə yoxdur.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bu günə qədər fərqinə varmadığımız, gözümüzdən yayınan 8 xüsusiyyət insan həyatını xilas edə bilər.

Pəncərə dəliyi: Təyyarənin daxilindəki təzyiq ilə çöldəki təzyiq çox fərqlidir. Kabinadakı təzyiqi sərnişinlər üçün normal səviyyədə saxlamaq üçün təyyarə pəncərələri çöl, orta və iç olmaqla üç hissədən ibarətdir. Orta və çöl təbəqə arasında bir boşluq var. Bu isə təzyiqi normallaşdırmağa kömək edir.

Qanad qarmağı: Bir çox təyyarənin qanadında sarı qarmaqlar var. Bu qarmaqlar qanadların üzərindən xilasedici qayığa təxliyə zamanı istifadə edilir. Suya batan təyyarədən sərnişinlər bu ip vasitəsilə qayığa minə bilərlər.

Balta: Hər təyyarədə balta olmalıdır. Balta təyyarələrdə kokpitdə başlayan yanğın zamanı paneli qıraraq çıxmaq üçün nəzərdə tutulub.

Çıxışların yanındakı qulplar: Təyyarədə bir çox insan çıxışa yaxın oturmaq və ayaqlarını rahat uzatmaq üçün can atar. Amma çıxışın yanındakı qulplar nə üçündür? Bu qulplar təxliyə zamanı heyətin təhlükəsizliyi üçündür. Panika vaxtı insanların bir-birini itələməsi və heyətin təxliyə bitmədən təyyarədən ayrılmaması üçün bu qulplar nəzərdə tutulub.


Xəbərə aid fotolar