Hər kəs vegetarian olsa, dünya necə olardı?


Digərləri 26 Avq 2018 21:00:00 255 0

Hər kəs vegetarian olsa, dünya necə olardı?

Gündəlik qidalanma zamanı ətdən tamamilə imtina etmək həm sağlamlığımız, həm də təbiətin yaxşılığı üçün önəmli dərəcədə faydalı ola bilər. Amma bunun milyonlarla insana zərərləri də olar.

Son.az bildirir ki, hər insan vegeterianlığı fərqli səbəblərlə qəbul edir: kimi heyvanların ağrı çəkməyinə son vermək, kimi də daha sağlam bir həyat yaşamaq üçün.

Lakin dünyadakı hər kəs vegeterianlığı seçsə, milyonlarla insanın mövqeyindən bunun ciddi zərərləri ortaya çıxacaq.

Kolumbiya Beynəlxalq Tropik Kənd Təsərrüfatı Mərkəzində işləyən Andrey Jarvis bunun əslində iki fərqli dünyanın hekayəsi olduğunu deyib:

"İnkişaf etmiş ölkələrdə vegeterianlıq təbiət və sağlamlıq baxımından bir çox yarar gətirsə də, inkişaf etməkdə olan ölkələrdə yoxsulluq baxımından mənfi təsirləri olacaq".

İQLİM DƏYİŞİKLİYİ

Dünyada insan birliklərinin səbəb olduğu istixana qazlarının dövriyyəsinin 1/4-i qida məhsullarının istehsalından qaynaqlanır. Bunun isə böyük əksəriyyəti heyvandarlığın payına düşür. 4 nəfərlik ailənin istifadə etdiyi ət məhsullarının istehsalı zamanı çıxan istixana qazları iki avtomobilin havaya buraxdığı çirkli qazların miqdarından daha çoxdur. Buna baxmayaraq, qlobal istiləşmə məsələsi müzakirəyə çıxarılanda gündəmə sadəcə ət deyil, avtomobillər gəlir.

Oksford Universitetinin araşdırmaçısı Marko Sprinqman dünyanın nə qədər düzələcəyini təxmin etmək üçün bir kompüter modeli hazırlayıb. Bu modelə görə, 2050-ci ildə hər kəs vegetarian olsa, istixana qazları 60% azalar.

BİOÇEŞİDLİLİK

Qida istehsalı istixana qazlarının əsas qaynaqlarından biri olduğu qədər, yer üzündəki torpaq sahələrinin otlağa çevrilməsi və bioçeşidliliyin artması baxımından da önəm daşıyır. Qeyd edək ki, dünyada kənd təsərrüfatına ayrılan sahələrin 68%-i heyvanlar üçün otlağa çevrilir.

Hər kəsin vegetarian olması ehtimalında bu sahələrin 80%-i meşələrə çevriləcək və karbon qazının udulması yolu ilə iqlim dəyişikliyi yavaşlayacaq.