Azərbaycanda bəy və gəlini aparan maşın aşıb FOTO


Digərləri 26 Avq 2018 20:46:00 271 0

Azərbaycanda bəy və gəlini aparan maşın aşıb  FOTO

Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, rayonun Zıxır kəndində toy günü içərisində bəy və gəlinin olduğu maşın dağlıq ərazidən keçən meşə yolunda aşıb.

Hadisə zamanı bəy və gəlin yüngül xəsarət alıb.

Aşmış maşını qaldırmaq üçün əraziyə traktor çağrılıb. Yol bir müddət bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar