Uğura aparan yola mane olan


Digərləri 26 Avq 2018 20:19:00 241 0

Uğura aparan yola mane olan

Hər bir insan həyatda uğur qazanmaq istəyir. Amma bəzən düşünmək lazımdır ki, uğura insanı aparan nədir? Uğursuzluqdan qorxmaq lazımdırmı? Bu düşüncə sizi nəyəsə başlamaqdan qorxudurmu?

Son.az "ölkə.az"-a istinadən uğura aparan yolda mane olan səbəblər barədə məlumat verir.

Bir çox hallarda problemin səbəbi özümüz oluruq. Təbi ki, maliyyə, ailə, sosial, sağlamlıq və təhsil problemləri də var. Amma bu beş problemi həll etmək, uğura gedən yolu açır.

1.Ətraf mühit

Ətraf mühit fiziki və psixoloji rifaha çox təsir edir. Bu, görünməsə də, əslində belədir. Əgər siz özünüzə mühitinizdə xoşbəxt olduğunuz, uğur yolunda addımladığınız barədə suallar versəniz, əlaqəli cavablar üzə çıxacaq.

Rahat mühitdə olmaqla siz özünü azad hiss edə bilərsiniz və özünü sevimli sayarsınız. Beləcə biz beynimizi aktivləşdirik. Əgər beyin dopamin ifraz edirsə, biz daha böyük arzu və imkanla hədəfə doğru qaçırıq. Amma əgər siz həyat şəraitinizdən narazısınızsa, istirahətə yollanın və ya yaşayış yerinizi dəyişin.

2.İnsanlar

Tez-tez əlaqədə olduğunuz insanlar da sizə təsir edir. Bu insanlar ailə fərdləri, iş yoldaşları və dostlar ola bilər. Əslində biz bizi əhatə edən insanlara çevrilirik.