Bir çoxlarının sevimli həşəratı da insan ölümünə səbəb olur


Digərləri 26 Avq 2018 17:42:00 245 0

Bir çoxlarının sevimli həşəratı da insan ölümünə səbəb olur

İnsan orqanizmi üçün təhlükəli həşərat deyəndə hörmüçəklər, əqrəblər yada düşür. Amma heç kimin ağlına gəlməzdi ki, insanların sevdikləri arıların da bir çox növləri insanı sancması nəticəsində onu öldürə bilər. Hətta Bakı şəhərində bir neçə gün öncə 1961-ci il təvəllüdlü Nizami Mirzəyev arı sancması nəticəsində dünyasını dəyişib.

Son.az bildirir ki, "Sputnik Azərbaycan" arıların insan üçün nə dərəcədə təhlükəli olduğunu mütəxəssislərdən soruşub.

Həkim Adil Qeybulla deyir ki, təbii zəhəri olan hər bir həşərat insan üçün qorxuludur: "Çünki, təbii zəhərlərin hər biri öldürücü təsir göstərə bilər, allergik təsir edər, ağır vəziyyət yarada bilər. İri növ arıların zəhəri çox toktikidir və insan orqanizmi bu arıların zəhərinə əks təsir göstərə bilər. Xüsusilə allergiyaya meyilli insanlarda şok da yaratma ehtimalı da var. Qısa müddətdə qıtlağın spazmı, təzyiqin enməsi kimi hallar baş verə bilər. Bu da nəticədə ölümə gətirib çıxara bilər. Bu cür insan ölümləri bir neçə dəfə baş verib". 

"Təəssüflər olsun ki, son vaxtlar da bal arılarının sayının azalması, digər zəhərli arı növlərinin sayının artması prosesi gedir. Bunların da sayı artdıqca insanlarla qarşılaşma şansı çoxalır. Əslində insanlara arı hücum eləmir. Sadəcə insan bədəninə oturan zaman insan onu qovmaq istəyəndə qorxusundan insanı sancır və bu da belə problemlərə gətirib çıxarır"-deyə həkim əlavə edib.