Alleqri: "O ki qaldı Ronaldonun qol vura bilməməsinə..."


İdman 26 Avq 2018 12:45:00 309 0

Alleqri: "O ki qaldı Ronaldonun qol vura bilməməsinə..."

“Bu oyun “Chievo” ilə matçdan fərqlənirdi. Görüşün əvvəllərində harasa tələsirdik. Ronaldo A Seriyasında doğma azarkeşlərimiz önündə ilk oyununa çıxırdı. Yeganə təhlükə bundan yaranan təzyiqlə bağlı idi. Odur ki, daha səbrli olmalıydıq”.

Goal.az-ın “Football İtalia” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri “Juventus”un baş məşqçisi Mssimiliano Alleqri A Seriyasının ikinci turunda “Latsio” üzərində 2:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis ardıcıl 2-ci rəsmi oyunda da qol vura bilməyən Kriştiano Ronaldo haqda da danışıb:“Dibala olmayanda, xəttlərarası əlaqə istənilən səviyyədə olmur. Amma yaxşı müdafiə olunduq və ikinci hissədə əla oynadıq. Öz çıxışımızdan razıyam. Böyük klublardan birinə qarşı ilk oyunumuz idi, hərşey yaxşı alındı.

O ki qaldı Ronaldonun qol vura bilməməsinə, İtaliya futbolu digərlərindən fərqlənir. O özü də bunu başa düşür. Deyərdim ki, bura yaxşı uyğunlaşır. Ronaldo təvazökar oğlandır, oyunumuza verdiyi töhfədən razıyam”.