Sənan Qurbanov: "Arxada qalan 3 oyunun ən pisini keçirdik"


İdman 26 Avq 2018 11:38:00 250 0

Sənan Qurbanov: "Arxada qalan 3 oyunun ən pisini keçirdik"

"Tam fərqli planlarımız var idi. Sanki hər şey 180 dərəcə döndü. Rəqib azlıqda qaldıqdan sonra da təşəbbüsü əldən vermədi. Arxada qalan 3 oyunun ən pisini keçirdik".

Goal.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis komandasının zəif çıxışının səbəbini belə izah edib:

"Uşaqları oyuna kökləmişdik. Ötən turdakı məğlubiyyətdən sonra mütləq qalib gəlməli idik. On nəfərlə qalan rəqiblə qarşılaşmada qələbə hesabını qorumamaq olduqca pis haldır. Etiraf edirəm ki, bu gün qələbəyə layiq deyildik".

Qurbanov mərkəz müdafiəçisi Rasim Ramaldanovu zədə ilə əlaqədar əvəzlədiyini də əlavə edib:

"Yerə yıxıldıqdan sonra Rasimin başı gicəlləndi. Bu səbəbdən, Asif Məmmədovu meydana daxil etdim ki, oyuna nəzarəti əldə saxlayaq. Təəssüf ki, bu, öz bəhrəsini vermədi".