Kadırov Makkeynin ölümünü “Allahın təqdiri” adlandırdı


Dünya 26 Avq 2018 11:25:00 232 0

Kadırov Makkeynin ölümünü “Allahın təqdiri” adlandırdı

Çeçenistan prezidenti Ramzan Kadırov amerikalı senator Con Makkeynin ölmünü şərh edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Kadırov siyasətçinin həmkarları arasında "Rusiyaya qarşı izaholunmaz qərəzlə" seçildiyini vurğulayıb.

"Rusiyanın bilavasitə mövcudluğu artıq onun xoşuna gəlmirdi. Hər şey Allahın təqdiri ilə baş verir. Rusiya olub, var və olacaq!", - çeçen lideri "Telegram" səhifəsində yazıb.