Azərbaycandan Türkiyəyə elektron siqaret qaçaqmalçılığı


Digərləri 26 Avq 2018 10:46:00 292 0

Azərbaycandan Türkiyəyə elektron siqaret qaçaqmalçılığı

Ukrayna Sərhəd Xidmətinin əməkdaşları Azərbaycandan Türkiyəyə gedən avtomobildə içərisində elektron siqaret kapsulları olan yüzlərlə bağlama aşkarlayıblar.

Son.az oxu.az-a istinadən bildirir ki, əməliyyat "Çernomor dəniz ticarət limanı"nda Odessa sərhədçiləri tərəfindən keçirilib.

Türkiyəyə yollanan teploxodların birinə Azərbaycan dövlət qeydiyyat-nömrə nişanlı "Mercedes" markalı avtomobil gəlib.

Baxış zamanı nəqliyyat vasitəsində sürücü və sərnişin oturacaqlarının içində elektron siqaret üçün 840 bağlama kapsul aşkarlanıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Son.az 


Xəbərə aid fotolar