Sinkfild Kuboku: Məmmədyarov ümidləri doğrultmadı


Digərləri 26 Avq 2018 10:19:01 225 0

Sinkfild Kuboku: Məmmədyarov ümidləri doğrultmadı

Azərbaycanlı qorssmeyster turnirin autsayderi olan Segey Karyakinə qalib gələ bilməyib

Bakı. Tural Turan - ABŞ-ın Sent-Luis şəhərində “Sinkfild kuboku” superturnirinin VII turu keçirilib. Trend-in məlumatına görə, Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu dəfə rusiyalı Sergey Karyakinlə qarşılaşıb və heç-heçə edib. Digər qarşılaşmalarda heç-heçə qeydə alınıb. Yeddi turdan sonra Karuana 4,5 xal ilə turnir cədvəlində birinci yerdə qərarlaşıb. İkinci-beşinci yerləri hərəyə 4 xal ilə Məmmədyarov, Qrişuk, Karlsen və Aronyan bölüşür. Altı və yeddinci yerləri hərəyə 3,5 xal ilə Anand və Vaşye-Laqrav tutur. Növbəti yerlərdə So (3 xal) və Nakamura (2,5) qərarlaşıb, Karyakin isə 2 xal ilə turnir cədvəlini qapayır.