İspaniya hökuməti kaudilyo Frankonun yenidən dəfn edilməsi məsələsinə baxıb


Digərləri 26 Avq 2018 08:40:00 287 0

İspaniya hökuməti kaudilyo Frankonun yenidən dəfn edilməsi məsələsinə baxıb

İspaniya hökumətinin qəbul etdiyi yeni dekret Tarixi yaddaş haqqında qanunda dəyişiklik edir və Şəhidlər Vadisində dəfn olunmuş ispan hərbi və dövlət xadimi, generalissimus Fransisko Frankonun ekshumasiyasına imkan yaradır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı İspaniya hökuməti sədrinin müavini Karmen Kalvo Nazirlər Şurasının iclasının yekununa dair mətbuat konfransında açıqlayıb.

Hökumətin sənədində yenidən dəfn edilmənin "təcili xarakteri" haqqında yazılır. Frankonun ailəsinə qəbrin köçürülməsini müəyyənləşdirmək üçün sentyabrın ortasınadək vaxt verilib. Əgər bununla bağlı qohumlar öz istəklərini bildirməsələr, qərarı hökumət qəbul edəcək.