2 yaşındakı uşağı paltaryuyana salanı 10 il həbs gözləyə bilər


Digərləri 26 Avq 2018 07:28:00 408 0

2 yaşındakı uşağı paltaryuyana salanı 10 il həbs gözləyə bilər

Polşada 19 yaşlı şəxs 2 yaşlı uşağı paltaryuyan maşının içinə salaraq qapağını bağlayıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, valideynlər işə gedərkən 2 yaşındakı uşaqlarını dostlarından birinin evinə qoyub. Görüntülərdə görünür ki, həmin şəxsdən başqa evdə bir nəfər də var. Onlar uşağı paltaryuyanın içinə salaraq sanki ona işgəncə verirlər. Daha sonra isə çəkdikləri videonu sosial media hesabından paylaşırlar.

Məhz bundan sonra videoya etirazlar yağmağa başlayıb. Görüntülərdə uşaq ağlayaraq maşının içindən çıxmaq üçün çırpınır.

Polislər ilk olaraq videonu paylaşan 19 yaşlı Mateusz S. adlı şəxsi həbs ediblər. Daha sonra isə onu sərbəst buraxaraq istismar zamanı uşağa baxmalı olan 18 yaşındakı Adam B.-ni həbs ediblər.