Xərçəng xəstəliyinin yeni əlaməti aşkar edilib


Digərləri 26 Avq 2018 00:45:00 246 0

Xərçəng xəstəliyinin yeni əlaməti aşkar edilib

"Vlad Time" saytında 35 yaşlı britaniyalı qadın Ceyd Bolduinin başına gələn qəribə hadisədən bəhs olunur. O, ilk dəfə tənəffüs çətinliyindən şikayət ilə 2016-cı ildə klinikada müalicə edilib. Qadına "virus infeksiyası" diaqnozu qoyulub və antivirus dərmanları yazılıb. Lakin iki aydan sonra limfa düyünləri böyüyüb və "limfa sisteminin xərçəngi" diaqnozuna çevrilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, cəmi bir il müddətində xərçəng dördüncü dərəcəyədək böyüyüb və metastazlar bütün orqanlara yayılıb. Həm də həkimlərin etiraf etdiyinə görə, xəstəliyin qeydə alınan qeyri-tipik əlamətləri daha erkən dəqiq diaqnoz qoyulmasına mane olub. Belə ki, qadın davamlı olaraq ayaqlarında qaşınmadan şikayət edir və bəzən onları qanayana qədər qaşıyırmış.