Heydər Əliyev Mərkəzinin parkında "Muğamcaz" konserti olub FOTO


Digərləri 25 Avq 2018 23:58:00 274 0

Heydər Əliyev Mərkəzinin parkında "Muğamcaz" konserti olub  FOTO

Heydər Əliyev Mərkəzinin parkında həftəsonu tədbirlər çərçivəsində növbəti konsert olub. Bu dəfə tamaşaçılara muğam-caz konserti təqdim edilib.

Son.az Trend-ə istinadən bildirir ki, xalq artistləri, xanəndələr Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyanaq və Gülyaz Məmmədovalar, Teyyub Aslanov, Əməkdar artistlər, xanəndələr Qoçaq Əsgərov, Səbuhi İbayev, nəfəs alətləri ifaçısı Şirzad Fətəliyev, tarzən Sahib Paşazadə, pianoçu Emil Əfrasiyab, gənc muğam ifaçısı Rəvanə Qurbanova və digər ifaçılar tamaşaçılara müğamlar, "Leyli və Məcnun" operasından duet, muğam-caz kompozisiyaları səsləndirib.